• 24 Noyabr 2024 18:23

Macarıstan İsveçin NATO-ya daxil olması ilə bağlı çətinliklər olduğunu bildirib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Stokholmun Budapeşti avtoritarizmdə və qeyri-demokratik davranışda ittiham etməsi Macarıstan parlamentinin İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməsini əngəlləyir.

O, bu barədə mətbuata açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləmək məsələsində “İsveçin davranışı maneələr yaradır”.

İsveçin NATO-ya daxil olması təşəbbüsü Macarıstan parlamentində mütləq çoxluğa malik olan hakim Fides partiyası tərəfindən əngəllənib. Partiyanın lideri hazırkı baş nazir Viktor Orbandır. Partiya iddia edir ki, isveçli siyasətçilər Macarıstandakı demokratiyanın vəziyyəti haqqında açıq-aşkar yalanlar söyləməyə davam edirlər.

Peter Siyarto qeyd edib ki, Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası məsələsində Türkiyənin mövqeyinə baxmayacaq və müstəqil qərar verəcək.

Bu il martın 27-də Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyasına səs verib. Politoloq daha əvvəl Macarıstanın İsveçin NATO-ya üzv olmasına mane olmasının səbəbini açıqlayıb.

Qeyd edək ki, ratifikasiyanın qəbulunun gecikməsinə səbəb İsveç məktəblərində Macarıstanda guya demokratiyanın tənəzzülə uğraması ilə bağlı məlumatların yayılması olub. Bunu daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto isveçli həmkarı Tobias Billströmə ünvanladığı məktubda bildirib. (Bizimyol)

Tacxeber.com

Oxşar xəbərlər