“Qərbin Ukraynada ruslarla bağlı nə varsa hamısını məhv etmək yolu ilə Rusiyaya qarşı düşündüyü niyyəti iflasa uğrayıb…”
“Rusiya ordusu hazırda Ukraynada döyüş meydanında məğlubiyyətə uğramamaq üçün çalışır…”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf edib ki, Zelenski “divə” çevrilib və artıq qorxu törədir.
Moderator.az xəbər verir ki, bu barədə o, “BelTA” nəşrinə müsahibəsində bəyan edib.
“Qərb özünün yetişdirdiyi “divdən” bir qədər qorxmağa başlayıb. Nəzərə alsaq ki, Zelenski və silahdaşları artıq az sözəbaxan olub və getdikcə Qərbə daha çox iradlarla çıxış edir, pul azlığından, silah çatışmazlığından şikayət edir, bəs necə olmalıdır ki?..Bunların özü artıq qıcıq yaradır”, – Rusiya XİN rəhbəri deyib.
Lavrov deyib ki, Qərbin Ukraynada ruslarla bağlı nə varsa hamısını məhv etmək yolu ilə Rusiyaya qarşı düşündüyü niyyət iflasa uğrayıb.
Lavrovun fikrincə, HƏMAS-ın İsrailə hücumu təkcə döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmağa can atdıqları Ukraynada necə davranmaq barədə deyil, ümumiyyətlə, təhlükəsizlik maraqlarını necə təmin etmək barədə Qərbə siqnal göndərib.
“Hətta hər şeyi bir kənara qoysaq, onlar ruslarla bağlı nə varsa, tariximizə qəsd edib, artıq bizi ikinci dünya savaşının törədilməsində az qala Hitlerdən də çox günahkar olduğumuzda ittiham edir, bizim dilimizə, təhsilimizə, KİV-lərimizə, mədəniyyətimizə qəsd edilib.
Novorossiyada Odessanı və digər şəhərləri yaradan və qoruyanlara ucaldılan abidələri dağıdır, Odessanın mərkəzi hissəsində Böyük Yekaterina və Potyomkinin abidələri götürülüb.
Və düz bir həftədən sonra YUNESKO-ya müraciət edib Odessanın bu mərkəzi hissəsini bəşəriyyətin mədəni irsi kimi qeydiyyatdan keçiriblər.
Bu təşkilat isə rüsvaycasına bu sorğu ilə məşğul olmayıb, hətta abidələrə qarşı belə barbarcasına davranmağın yolverilməz olduğuna da diqqət çəkməyib.
SİTA agentliyi qeyd edir ki, Qərb KİV-ləri Kiyevin müttəfiqlərinin Ukraynadan yorulduğundan, onun liderinə dəstəyin isə azaldığından getdikcə daha çox yazır.
Məsələn, oktyabrın 4-də Fransanın “Le Monde” nəşri Zelenski “magiyası”nın zəiflədiyini, onun sözlərinin çəkisinin azaldığını və hətta tərəfdaşlarının kifayət qədər fəal olmadıqlarına görə onun tərəfindən tənqidlərdən qıcıqlandıqlarını qeyd edib.
NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer oktyabrın 4-də Varşavada təhlükəsizlik forumunda bəyan edib ki, Ukrayna üçün silah ehtiyatı tükənmək üzrədir.
Lavrov Ukraynada müharibə ilə bağlı etirafda bulunub
Bundan öncə Sergey Lavrov etiraf edib ki, hazırda Rusiya ordusu Ukraynada döyüş meydanında məğlubiyyətə uğramamaq üçün çalışır.
Hərçənd, bütün ukraynalılar Rusiya Silahlı Qüvvələrinin tammiqyaslı hərbi müdaxiləsinin ilk günlərindən “Kiyevi üç günə ələ keçirmək” barədə bəyanatları çox eşidib.
“Bizim məqsədimiz onların bizi məğlub erməsinə imkan verməməkdir”, – Lavrov “xüsusi hərbi əməliyyat”ın yeni məqsədini açıqlayıb.