• 24 Noyabr 2024 14:31

Bu gün “Qızıl top” mükafatının sahibi bəlli olacaq

France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bu gün bəlli olacaq.

Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək. “Qızıl top”a 30 futbolçu iddialıdır. Bunlardan 3-ü qapıçı, 3-ü müdafiəçi, 9-u yarımmüdafiəçi, 15-i isə hücumçudur.

Mükafata əsas namizədlər ABŞ-ın “İnter Mayami” klubundan Lionel Messi və Fransanın PSJ komandasından Kilian Mbappe hesab olunur.

Qapıçılar: Andre Onana (“Mançester Yunayted”, İngiltərə), Emiliano Martines (“Aston Villa”, İngiltərə), Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)

Müdafiəçilər: Kim Min Ce (“Bavariya”, Almaniya), Yoşko Qvardiol, Ruben Diaş (hər ikisi “Mançester Siti”, İngiltərə)

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Barselona”, İspaniya), Kevin de Bröyne, Bernardu Silva, Rodri (hamısı “Mançester Siti”), Nikolo Barella (“İnter”, İtaliya), Luka Modriç, Cud Bellingem (hər ikisi “Real Madrid”, İspaniya), Martin Edeqor (“Arsenal”, İngiltərə), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)

Hücumçular: Kərim Benzema (“Al-Ittihad”, Səudiyyə Ərəbistanı), Lionel Messi (“İnter Mayami”, ABŞ), Erlinq Holann, Xulian Alvares (hər ikisi “Mançester Siti”), Camal Musiala, Harri Keyn (hər ikisi “Bavariya”, Almaniya), Kilian Mbappe, Randal Kolo Muani (hər ikisi PSJ, Fransa), Lautaro Martines (“İnter”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Robert Levandovski (“Barselona”), Viktor Osimhen (“Napoli”), Vinisius (“Real Madrid”), Antuan Qrizmann (“Atletiko”, İspaniya)

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Mükafata 2022-ci ildə Kərim Benzema sahib çıxıb. “Qızıl topu” ən çox qazanan futbolçu isə Lionel Messidir – 7 dəfə.  (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər