“Rusiya Federasiyası yeni “Lanset”ləri işə salır, lakin onlar mühüm obyektlərə zərbələr üçün kifayət qədər çəkisi olan partlayıcı maddə gəzdirmək qabiliyyətinə malik deyil…”
Rusiyalı işğalçılar “Lanset” (“Məmulat-53”) kamikadze- pilotsuz uçuş aparatının yeni versiyasından istifadə edir. O, avtonom qaydada hədəfləri müəyyən edə bilir.
Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Bu “quşlar” oktyabrın 21-dən fəal şəkildə uçmağa başlayıb. Pilotsuz uçuş aparatı, guya, hədəfləri müəyyən edə və uğurlu zərbə şansını artıra biləcək avtomatik yönləndirmə sisteminə malikdir.
“Lanset” hələlik geniş istifadə edilmir, lakin hərbçilər PUA-ları kütləvi sinxronlaşdırılmış zərbələr üçün sınaqdan keçirir.
ISW güman edir ki, Rusiya komandanlığı çoxlu sayda zərbə dronlarının Rusiya qoşunlarına Ukraynanın hava hücumundan müdafiə sistemlərinin qarşısını almağa imkan verəcəyini hesab edir.
Lakin belə PUA-ların faydalı yükü 3-5 kq-dır, bu da mühüm hərbi hədəflərin xeyli zərərsizləşdirilməsi üçün kifayət deyil.
Oktyabrın 24-də ISW yazıb ki, Rusiya qoşunları bu yaxınlarda “İtalmas” (“Məmulat-54”) dronlarından Kiuev vilayətinə hücum zamanı istifadə edib.
“Lanset”lətin modernləşdiriməsi-bəlli olanlar
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri məlumat verib ki, rusiyalılar öz silahlarını modernləşdirir. O cümlədən işğalçı qoşunlar “Lanset” PUA-larını təkmilləşdirib.
İndi onların uçuş məsafəsi 70 km-dək təşkil edir. “Lanset” dronlarına gəldikdə, həqiqətən son zamanlar rusiyalılar texniki ustalıq möcüzələri nümayiş etdirməyə başlayıb.
Əgər əvvəllər bu dronlar 40 km-dək uça bilirdisə, onların hazırda uçuş məsafəsi 60-70 km-dək artıb”, – bu barədə Cənub Müdafiə Qüvvələri mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib. (Moderator)