Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.
RMC Sport xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.
Komandalar arasında keçirilməli olan qarşılaşmadan əvvəl “Marsel” azarkeşləri “Lion”un futbolçuları və məşqçilərinin olduğu avtobusa daş atıb. “Lion”un baş məşqçisi Fabio Qrosso şüşə qırıntılarından xəsarət alıb . Avtobus Velodrom stadionuna gedərkən daşqalaq edilib. Avtomobilin şüşəsi sındırılıb. F.Qrossonun üzünə şüşə qəlpələri dəyib . İtaliyalı mütəxəssis qan içində stadiona gəlib. Fabio həkimlərin tibbi müdaxiləsindən sonra özünə gəlib.