• 20 Sentyabr 2024 07:38

Mehman Əzizov işdən çıxarıldı – “Müqaviləni imzalayanda oxumamışdım”

 

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya o, özü məlumat verib.

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:

“Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.

“Sizin müqaviləniz yox idi” sualına isə M.Əzizov belə cavab verib:

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.

Tacxeber.com

Oxşar xəbərlər