• 21 Noyabr 2024 17:54

Ermənidən etiraf: “Dördüncü əsrdən qaraçı kimi köçürük” – VİDEO

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib.

Verilişdə Ermənistanda ciddi demoqrafik fəlakətin yaşandığı qeyd olunur.

Bildirilir ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün  köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür.

Diqqətə çatdırılır ki, reportajdan və erməni mətbuatında vaxtaşırı verilən təhlillərə əsasən, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir: “Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50%-dən çoxu yoxsul vəziyyətində yaşayır”.

Vurğulanır ki, Qarabağdan gələn əhali də bu vəziyyəti görüb fürsətdən yararlanaraq qaçqın kimi Avropaya üz tutmaq istəyirlər: “Ermənistanda onları aclıq və səfalət gözlədiyindən yaranmış vəziyyətdən faydalanmaq üçün Fransa səfirliyi önündə aksiyaları davam etdirilər. Onlar humanitar sığınacaq tələb edir və söyləyirlər ki, artıq 4 mindən çox Qarabağ ermənisi Ermənistanı tərk edib. Buna səbəb isə Ermənistanın gələcəyinin yoxluğudur. Ermənistan hakimiyyəti heç vaxt bizim üçün heç nə etməyib. Qabağda bizim üçün evlər tikilirdi və bu evlərin tikintisinə guya 21 milyard dramdan çox pul ayrılıb. Axırda Qarabağı itirdik. Hər şeydə Rusiya və Qarabağ hakimiyyəti günahkardır, bütün sakinləri aldatdılar. 2020-ci ildə hansısa sənədlərə qol çəkdilər, axırda hamımız belə vəziyyətə düşdük, bilmirik ki, bizi qarşıda nə gözləyir”.

Verliş sonunda qeyd olunur ki, 1988-ci ildə Ermənistanda öz tarixi yurdlarından dinc əhalini xüsusi amansızlıq ilə qovub, evlərini, mülklərini, talan edib, tarixi, mədəni abidələrini dağıdan, vandalizm törədən Ermənistan Qarabağda Azərbaycan əhalisinə qarşı törətdiyi ən qəddar cinayət və xüsusi amansızlıqla dağıdıcı əməllərinə görə təzminat vermək əvəzinə,  daha rahat yaşamaq üçün xarixi ölkə səfirliklərinin qarşısına yığışan erməniyə görə təzminat tələb etməsi erməni həyasızlığından başqa bir şey deyil: “Bu əsl erməni xislətidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər