• 24 Noyabr 2024 11:27

İcra başçıları bağça yeməyindən bu qədər qazanırmış.

2024-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25 faiz və ya 90 milyon manat çox proqnozlaşdırılır.

Bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev paylaşıb.

O bildirib ki, 2022-ci ildə bu xərclərə yerli icra hakmiyyəti orqanları sərəncam verirdi, hazırda isə Elm və Təhsil Nazirliyi:

“Səlahiyyət nazirliyə keçəndən sonra xərcləmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansısa faktlar yoxdur. Məsələn, satınalmalarda, xüsusilə də mal və xidmətlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçimlərində nələrin dəyişdiyini izləmək maraqlı olardı. Amma sırf büdcə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: bağçaların ərzaq təminatı xərclərində 20 faizdən çox (20 milyon manat) azalma var. Son 2 ildə ərzaq xərclərində azı 20-25 faiz bahalanma olduğu, ümumi xərclərin 25 faizdən çox artdığı, uşaqların sayının azalmadığı (əksinə statistikada artdığı) şəraitdə ərzaq alışı üçün xərclər 20 milyon ixtisar olunursa, demək ki, bu, icra başçılarının xalis qazancı imiş…”.  (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər