• 21 Noyabr 2024 22:51

Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu 

Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu 

Fələstin-İsrail münaqişəsi fonunda övladları ilə birlikdə İsraildən qaçan Rusiyanın Xalq artisti Alla Puqaçova səssizliyi pozub. 

Tacxeber.com Bizim.Media-ya istinadla xəbər verir ki, 74 yaşlı sənətkar 4 aydan sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Alla yumorist əri Maksim Qalkin və övladları Harri ilə Lizanın fotolarını yayımlayaraq “Yaşamağa davam” qısa şərhini yazıb. Puqaçova yazılan neqativ dolu şərhlərdən özünü sığortalamaq üçün paylaşımının rəy bölməsini bağlayıb.

Xatırladaq ki, Alla Puqaçova, Maksim Qalkin və övladları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraili tərk edərək 2017-ci ildən vətəndaşı olduqları Kiprə köçüblər.

Qeyd edək ki, 74 yaşlı Xalq artisti xaricdəki köçəri həyatdan bezib. Bir il əvvəl o, azyaşlı uşaqları Liza və Harri ilə birlikdə Rusiyadan İsrailə qaçmalı olub.

Tacxeber.com

Oxşar xəbərlər