• 21 Noyabr 2024 17:54

Solovyovun verilişində dava: Biz öz əsgərlərimizi qurban veririk, amma siz… – VİDEO

 

Vladimir Solovyov “Rossiya1” telekanalında Qəzzada ölən çoxsaylı qadın və uşaqla bağlı etirazını ifadə edərək deyib ki, bir cinayət digər cinayəti törətməyə haqq qazandırmır.

Tacxeber.com xəbər verir ki, bu zaman verilişdə qonaq qismində dəvət etdiyi yəhudi ekspert arasında ciddi mübahisə yaranıb.

Opponent İsrailin hücumu doğru sayıb və baş verənlərə haqq qazandırıb.

Solovyov: Ona görə də Rusiya digərlərindən bu qədər fərqlənir. Rusiyada bunu başa düşməzlər. Rusiya kollektiv məsuliyyəti qəbul etməz.

Yəhudi ekspert: Haradadır kollektiv məsuliyyət…?

Solovyov: Əgər hansısa əmələ görə kütləvi surətdə günahsız insanlar, uşaqlar ölürsə, bu kollektiv məsuliyyətdir.

Yəhudi ekspert: Günahsız uşaq yoxdur

Solovyov: Var…

Ekspert: HƏMAS onları atəş altında atıb

Solovyov: Onları HƏMAS deyil, siz öldürürsünüz…

Ekspert: Yox, yox…

Solovyov: Biz də Ukrayna ilə savaşda hərbçilər mülki əhali arxasında gizlənəndə maksimum bundan qaçırıq. Digər ölkələrdəki əməliyyatlarda da biz mülki, dinc insanlara zərbələr endirmirik… Biz öz əsgərlərimizi qurban veririk, amma mülki insanları xilas edirik. Berlin metrosunda alman hakimiyyəti insanları suya qərq edəndə… Biz almanları xilas etdik. Ona görə də belə halları heç vaxt qəbul edə bilmərik və haqq qazandıra bilmərik.

Ekspert: Heç kim və sizin ordu bizə nəyisə necə etməyi öyrədə bilməz ki, insan itkisi nə deməkdir… Nə sizin, nə dünyanın bir ordusu…

Solovyov: Biz sizi xilas etdik… Mənim xalqım…

Ekspert: Qırmızı ordu təkcə rus xalqını təmsil etmirdi…

Solovyov: Böyük sovet xalqı… Hamısı… Bu yolda qurban gedən 27 milyon insan… Biz nasizmi məhv etdik. Biz 6 milyon qətlə yetirilən yəhudinin intiqamını aldıq.

Ekspert: Siz heç vaxt mənim xalqımın ordusu haqqında belə təkəbbürlü danışa bilməzsiniz… Onu aşağılaya bilməzsiniz… Bilirəm, necə döyüşmüşük. Dedikləriniz vaxt olmayıb…

Solovyov: Uşaq öldümrək heç bir orduya haqq qazandırmır və bu yolverilməzidr. Artıq Qəzzada 4 min uşaq ölüb.

P.S.: Biz sadəcə, media olaraq dialoqu təqdim etdik. Hansı tərəfin haqlı və ya haqsız olduğunu deyil. Çünki hər bir tərəfin və ya insanın baş verənlərə fərqli baxışları mövcuddur…

Qeyd edək ki, ötən günlərdə Solovyov özünün yəhudi olduğunu söyləmişdi.

Tacxeber.com

Oxşar xəbərlər