Futbolumuzda qalmaqal: hakim mərc oyunlarına pul qoyub…
Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.
Hadisə II Liqanın “Göygöl – “Şəki Siti” qarşılaşmasında (1:2) yaşanıb.
Belə ki, Göygöldə keçirilən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.
Buna səbəb ev sahibi olan komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.
Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları “fit sahibləri”nə təzyiq göstəriblər.
Döyüləcəklərindən qorxan “ədalət təmsilçiləri” final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.
“Göygöl” hadisə ilə bağlı bəyanat yayıb.
“Oktyabrın 31-də “Göygöl” FK və “Şəki Siti” FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib.
Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inamımızı bildiririk.