• 24 Noyabr 2024 01:45

Gürcüstanda klinikadan 3 məhbus qaçdı

Tbilisidəki “Aversi” klinikasından 3 məhbus qaçıb.

“Unikal” xəbər verir ki, hadisəni sözügedən klinikadan da təsdiqləyiblər.

Bildirilir ki, hadisə bu gün saat 13:00 radələrində baş verib. Məhbuslar tibbi müayinədən keçmək üçün klinikaya gətiriliblər, onlar isə fürsətdən istifadə edərək qaçıblar.

Hadisə ilə bağlı Penitensiar Xidmət hələlik rəsmi açıqlama verməyib.

Tacxeber.com

Oxşar xəbərlər