“İnter Mayami”nin hücumçusu Lionel Messi güman edir ki, o, bir daha “Qızıl top”u qazana bilməyəcək.
Tacxeber.com xəbər verir ki, bu haqda Argentina millisinin kapitanı 8-ci dəfə “Qızıl top”u qazanmasına münasibət bildirərkən deyib.
“Uzun müddətdir ki, “Qızıl top” haqqında düşünmürdüm. “Qızıl top”u qazanmaq mənim üçün heç vaxt prioritet olmayıb. Xüsusən indi, karyeramda əldə etdiyim hər şeyi əldə etdikdən sonra… Hesab edirəm ki, bu, mənim sonuncu “Qızıl top”umdur. Mən şadam ki, əldə etdiyim hər şeyə nail oldum. Səkkiz “Qızıl top” qazanan yeganə oyunçuyam”.
Qeyd edək ki, Messidən başqa heç kim dünyanın ən güclü futbolçusuna verilən “Qızıl top”u 8 dəfə qazana bilməyib.