• 23 Noyabr 2024 12:50

Kəndlər belə azad olunacaq: Antiterror əməliyyatı iki məsələni həll edəcək… – Vacib həmlə

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Asim bəy, Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzrə razılaşmalardan danışıb. Sizcə, tərəflərin razılaşdıra bildiyi məqamlar hansılardır?

– Ermənistanın baş nazirinin bəyanatlarından artıq beynəlxalq ictimaiyyət yorulub. O hər dəfə bir-birini təkzib edən bəyanatlar verir. Paşinyan gah nədənsə narazıdır, gah da sülh sazişini imzalamağa hazır olduğunu deyir. Əgər o, doğrudan da, sülh sazişi imzalamağa hazırdırsa, bunu niyə etmir? O da çox maraqlıdır. Görünən odur ki, yenə sülh istiqamətində oyunlar oynamağa çalışır. Məqsədi sülh müstəvisində addım atmaqdan mümkün qədər yayınmaqdır. Çox güman ki, bu da Ermənistanın daxili gərginliyi ilə bağlıdır.

– Almatı razılaşmasına istinadən sərhədlərin dəqiqləşməsi önə çəkilir. Bu nə dərəcədə məqbul seçimdir?

 

– Fakt odur ki, Paşinyan nəyi, necə demək istəyir onu anlamaq olmur. O daha çox Ermənistan daxili siyasi proseslərə uyğun bəyanatlar verməklə vəziyyətdən çıxmağa çalışır. Kimsə ondan tələb edir ki, Azərbaycanla daha tez sülh imzalamaq olar. Digər bir qism isə sülhə imza atan kimi Paşinyanı qətlə yetirməklə hədələyir. Ona görə də, Paşinyan bu oyunlara uyğun bəyanatlarla vəziyyəti idarə etməyə çalışır.

 

Kommunikasiyalarla bağlı erməni tərəfinin səsləndirdiyi mövqeyə münasibət nədən ibarətdir. Bu şərtlər daxilində kommunikasiyaların açılması mümkün olacaqmı?

– Ermənistan tərəfi indi elə bir vəziyyətdədir ki, onların vermiş olduğu bəyanatları şərh etmək olmur. Əgər Ermənistan sülhə imza atacaqsa, bundan sonra vəziyyət tam aydın olar. Hələlik isə Ermənistanın ümumi vəziyyətinə uyğun olaraq Paşinyanın adekvat davranışları müşahidə edilir.

– Qərb platformasında aparılan müzakirələrə ara verilib. Bunu Azərbaycan haqlı səbəblərlə izah edir. Sizcə, bu müstəvidə danışıqların iflasa uğraması nə ilə bağlıdır?

– Burada ən yaxşı razılaşma Azərbaycanla Ermənistan arasında baş tutan bilavasitə danışıqlardan sonra mümkün ola bilər. Ona görə də, Paşinyan əgər real olaraq sülh sazişinə imza atmaq niyyətindədirsə bu müstəvidə danışıqlarda maraqlı olmalıdır.

– Sizcə, ikitərəfli danışıqlara nə mane olur?

– Paşinyana mane olan məsələlər onun yeni bəyanatlar verməsinə səbəb olacaq.

– 8 kəndin azad edilməsi ilə bağlı erməni tərəfinin davranışları adekvat deyil. Belə olan halda yeni antiterror tədbirləri risklərini necə dəyərləndirirsiniz?

– Azərbaycan sülh istəyir. Ermənistanı sülhə məcburetmək üçün Azərbaycan zəruri addımlar ata bilər. Buna qadirdir. Öz növbəsində beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlərini gücləndirməlidir. Bunun nəticəsində qarşı tərəf razılaşmaya imza ata bilər. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, bunu rəsmi şəkildə təmin etsin. Artıq onun boş bəyanatlarına heç kəsdə inam qalmayıb.

– Ermənistan Qarabağ erməniləri “kartı” ilə Azərbaycanı beynəlxalq məhkəmələrlə hədələyir. Bu nə dərəcədə məntiqli gedişdir?

– Onların bütün yanaşmaları məntiqsizdir. Azərbaycan heç bir halda beynəlxalq hüquq normalarını pozmayıb. Ermənilər Qarabağdan çıxmaqla bağlı özləri könüllü şəkildə qərar verib. Son antiterror tədbirlərində Azərbaycan mülki əhaliyə ziyan vuracaq heç bir addım atmayıb. Bilavasitə legitim hərbi hədəflərə zərbə vurulub. Bununla da Azərbaycan ərazisində qalmış qanunsuz erməni silahlı birləşmələri təslim olub.

Tacxeber.com

Oxşar xəbərlər