• 23 Noyabr 2024 01:52

“Biz Balaəlidən nə istəyirik, ağıllı, tərbiyəli olsun” – Ağamirzə 

“Biz Balaəlidən nə istəyirik, ağıllı, tərbiyəli olsun” – Ağamirzə 

Meyxana ifaçısı Balaəli və Ruslanın  efirdə muğam oxuması müzakirə yaradıb. Xəzər TV-də Mətanət Əliverdiyevanın “Xəzər axşamı” verilişində qonaq olan meyxanaçıların muğam oxuması bəzi xanəndələrin narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan meyxanaçı Ağamirzə Məmmədov həmkarının efirdə muğam ifa etməsində pis heç nə olmadığını, bunun uğurlu alındığını deyib:

“Bala Əlinin əvvəllər muğamla məşğul olduğunu bilmirdim, mən də efirdən gördüm. Özü də yaxşı ifa edib, mənim xoşuma gəldi.

Bir az bundan əvvəl dostumuz Ruslanla da qarşılaşdım. Hətta bizim bir çəkilişimizdə də Ruslan muğam ifa etmişdi. Əgər bir insan bunu bacarırsa, muğam oxumasında pis nə var? Bu əksinə, məni sevindirən haldır. Ələlxüsus da muğam sənəti. Muğam bizim qanımız, canımız, ciyərimizdir. Mənə həmkarlarımın bu ifası ləzzət etdi”.

Söz ustadı son vaxtlar gənc həmkarı Balaəlinin tez-tez tənqid hədəfinə çevrilməsinə etiraz edib:

“Yazıq Balaəli ayağını bir addım o yana qoyan kimi düşürlər üstünə. Bir neçə həftə əvvəl də başladılar yazmağa ki, guya sürdüyü avtomobil özünün deyil. Belə xəbərlər görmək məni məyus edir. Biz Balaəlidən nə istəyirik? İstəyirik ki, ağıllı olsun, tərbiyəli olsun. Şükür ki, o həm ağıllıdır, həm də tərbiyəli. İstəyirik ki, yaxşı meyxana desin, onu da bacarır. Biz gənc meyxanaçıdan başqa nə istəyə bilərik?

Siz bilsəniz ki, o həbsdə olan meyxanaçı Rəşad Dağlıya, onun ailəsinə nə qədər dəstək olur məəttəl qalarsınız. Bunu mən bilirəm. Sosial şəbəkələrdə paylaşılanlardan başqa onun nələr etdiyini şəxsən özüm bilirəm. Allah Balaəliyə uzun ömür, can sağlığı versin. O, çox tərbiyəli oğlandır. Nə vaxt mənimlə danışsa, görüşsə deyir ki, Hacı, nə lazımdır, əmr elə. Allah onu saxlasın.

Həmçinin Ruslan da məni çox sevindirir. Siz bir bilsəniz o necə tərbiyəli oğlandır. O qədər meyxana deyən var ki, ola bilər ulduzdurlar, amma Ruslan və Balaəli kimi deyillər. Onların efirdə muğam oxumağı məni bir böyük kimi çox sevindirdi, belə istedadlarının olduğunu gördükdə onlarla qürur duydum. Əsas olan odur ki, hər ikisi düz yoldadır.

Özü də onlar mənim hər sözümə qulaq asırlar. Balaəli, Orxan, Ruslan hər zaman böyüyün hörmətini saxlayıb, Allah onları var eləsin”.

Tacxeber.com

Oxşar xəbərlər