• 23 Noyabr 2024 12:58

Böyük Şor gölünü çirkləndirən Saleh Məmmədovun zavodu imiş – 7 minlik cərimə

Böyük Şor gölünü çirkləndirən Saleh Məmmədovun zavodu imiş - 7 minlik cərimə

Bakıda Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən Böyük Şor gölünü çirkab vəziyyətə salan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus qurum külli miqdarda cərimələnib. 

Tacxeber.com bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan monitorinq zamanı atmosfer havasına atılan qatı və kəskin qoxulu tüstünün olması və asfalt zavodda formalaşan çirkab suların təmizlənmədən Böyük Şor gölünə axıdılması halları aşkar edilib.

Sözügedən asfalt zavodun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan “Bakı 4 №-Li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması müəyyənləşib.

Cəmiyyətin baş direktoru və qanuni təmsilçisi Musayev Fazil Kamal oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə MMC rəhbəri İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 7500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, KİV-lərdə dərc olunan məlumata görə, Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın satışını da həyata keçirir. Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır.

Tacxeber.com

Oxşar xəbərlər