Krandan çaydana su alıb qaynadıb onun təhlükəsizliyini təmin etdiyimizi düşünürük. Bəs qazana su alıb onda yemək bişirmək olarmı?
“Medicina” xəbər verir ki, biokimyaçı Mariya Kuleşeva şorba və digər qidaların hazırlanması üçün kran suyunun uyğun olmadığını açıqlayıb.
“Kran suyuna xlor qatıldığı üçün insanlar üçün təhlükəlidir.Suyu qaynatdıqda xlor uçur. Amma həmişə risk qalır. Xlor qazanda olabn digər ərzaqlarla təsirə girib, orqanizm üçün təhlükəli birləşmələr əmələ gətirə bilər.
Yeməklər üçün mütləq filtrdən keçən və ya butul sulardan istifadə edin. Həmçinin çay üçün də eyni.
Kran suyu xüsusən uşaqlar və hamilələr üçün təhlükəlidir.
Suya xlor su borudan keçərkən təhlükəsizliyi məqsədilə qatılır, amma hazırda xlor normadan artıq əlavə edilir, bu isə təhlükəlidir”.