• 24 Noyabr 2024 21:57

Ağız büzüşdürən xurmanı yemək üçün – FAYDALI SƏBƏB

Xurmanı büzücü edən nədir?

agiz-buzusduren-xurmani-yemek-ucun

 

Tanınmış həkim-fitoterapevt Fizuli Hüseynov bu dəfə mövsümü olan xurmanın faydalarından danışıb. 

Tacxeber.com bildirir ki, fitoterapevt xurmanın büzüşdürdüyü üçün sevilməyən növünün faydalı xüsusiyyətini də qeyd edib. O bunları qeyd edib:

“Xirnik meyvəsinin tərkibində çox miqdarda təbii karbohidrat var ki, bu da həmin meyvəni enerji deposu kimi qiymətləndirməyə imkan verir. Bol-bol yeyilməsi bədəndə qlükozanın depolanmasına və sərt qış aylarında orqanizmi infeksiyalardan qorumağa yardım edir. Tərkibi yodla zəngindir. Həm hamilə qadınların, həm də uşaqların ən sevimli meyvəsi olmalıdır. Çünki yod beynin inkişafını, zehni fəaliyyəti artırır, uşaqların əqli cəhətdən qüsursuz doğulmasına yardımçı olur. Zob xəstəliyinin müalicəsində əvəzolunmaz bir qidadır, qadınlarda kistaların, düyünlərin və mastopatiyanın qarşısını alır.

Şərq xurmasının tərkibində olan büzücü təsirli tanin maddəsi mədə-bağırsaq yaralarının müalicəsini sürətləndirir. Şərq xurması yeyənlərdə sümük əriməsi və oynaq ağrılarına az rast gəlinir. Həmçinin qanda hemoqlobin göstəricisini, yəni qanın faizini yüksəldir, başgicəllənmələrini aradan qaldırır. Xirniyin tərkibindəki karotin gözlərimiz üçün əvəzsiz qidadır. Karotin gözlərin görmə qabiliyyətini yaxşılaşdırır, dərini gözəl və sağlam edir, qaraciyəri təmizləyir, böyrək daşı və öd daşı xəstəliklərinin qarşısını alır”.

Qeyd edək ki, xirnikdə almaya nisbətən 2 dəfə çox faydalı mikroelementlər mövcuddur. Bundan başqa, meyvə antioksidantlar, su, zülal, kalium, kalsium, maqnezium, dəmir, fosfor, vitamin A, C və P ilə çox zəngindir. Xirnik yorğunluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir, iştahı və iş fəaliyyətini normaya salır.

Xalq təbabətində bu dietik məhsul artıq uzun müddətdir ki mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Xirniyin tərkibində olan yüksək qlükoza və fruktoza, eyni zamanda ürək-damar sisteminin yaxşılaşmasına kömək edir.

Sonda qeyd edək ki, bu dadlı meyvə həm də depressiya və stressdən azad olmaq üçün gözəl vasitədir.

Tacxeber.com

Oxşar xəbərlər