ASALA üzə çıxdı və Qarabağa görə bəyanat yaydı.
ASALA terror təşkilatı yeni video yayıb. Videoda üzü bağlı olan üç terrorçu Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər.
Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, ASALA-nın adından yayılan bu bəyanat Ermənistanda ciddi müzakirələrə səbəb olub. Paşinyana qarşı Qarabağla bağlı ittihamlar fonunda 1999-cu il ssenarisinin – parlamentin gülləbaran edilməsi – təkrarlana biləcəyi təhlükəsinin olduğu deyilir.
Lakin ASALA terrorçularından olan Vazgen Sislyan bu videonu təkzib edib. Bildirib ki, onlar belə bir bəyanat verməyiblər. V.Sislyan ASALA terror təşkilatının ləğv edilmədiyini də açıqlayıb.
Daha sonra ASALA terror təşkilatı da bəyanat yayıb və yayılan videonu təkzib edib.
Bu videonun Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi və “iqtidara təhlükə var” görüntüsü yaratmaq məqsədi daşıdığı istisna edilmir. Hərçənd, videonun yayılmasından sonra verilən reaksiyalar ASALA terror təşkilatının hələ də fəaliyyət göstərdiyini təsdiq edir.