• 21 Sentyabr 2024 00:30

İsrail ordusu HƏMAS-ın “şah damarları”nı ƏLƏ KEÇİRDİ.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında HƏMAS-ın yeraltı tunellərinə çoxlu giriş nöqtələri aşkar edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz ərazilərə köçməsinə mane olarkən, özləri mürəkkəb terror tunelləri şəbəkəsində gizlənir. İDF əsgərləri Qəzzanın şimalında əməliyyatlar zamanı tunellərə çoxlu giriş nöqtələri aşkar ediblər”, – deyə IDF “X” hesabında bildirib.

İsrail ordusu mühəndis qoşunlarının qüvvələrindən istifadə edərək aşkar edilmiş tunelləri məhv etmək üçün genişmiqyaslı əməliyyat elan edib – hazırda onlardan yüzlərləsinin partladıldığı iddia edilir.

Qeyd edək ki, noyabrın 5-də İDF Qəzza zolağının şimalından cənuba dinc sakinləri təxliyə etmək üçün humanitar dəhliz açacaq. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər