“Ağlınızı başınıza yığın!’ – 300 iqtisadçıdan Netanyahuya çağırış
İsrailin Qəzzaya oktyabrın 7-dən bəri davam edən hücumları ölkə iqtisadiyyatında durğunluq və yerli valyutanın dəyər itirməsinə səbəb olub. Münaqişələrin davam edəcəyi təqdirdə iqtisadiyyatda ciddi böhrana səbəb olacağı bildirilir.
İngiltərədə çıxan “Financial Times” qəzetində yer alan xəbərə görə, 300 iqtisadçı “Vəziyyətin ciddiliyinin fərqində deyilsiniz” deyərək Netanyahunu “Ağılınızı başınıza yığın” çağırışı edib.
İsrail Bankının keçmiş baş iqtisadçısı Asher Blass, İsraildə iqtisadi artımın münaqişələrdən mənfi təsirlənəcəyini və azalmanın miqyasının münaqişələrin müddətindən asılı olacağını bildirib.
Psagot investisiya şirkətinin baş iqtisadçısı Guy Beitor, “İsraildəki münaqişənin uzun müddət davam edəcəyi və iqtisadiyyatda tələbata ciddi ziyan vuracağı gözlənilir ” deyə açıqlama verib.
Təl-Əvivdəki investisiya şirkəti Meitav-ın baş iqtisadçısı Aleks Zabejinski, 60 gün davam edəcəyini təxmin etdikləri münaqişələrin dəyərinin 17 milyard dollardan çox olacağını bildirib.