Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən Rusiyanı tərk edib.
Bu ifaçının həyat yoldaşı, şoumen Maksim Qalkinin sosial media hesabındakı paylaşımı ilə ortaya çıxıb. Cütlük Latviyanın Siqulda şəhərində bir araya gəlib.
“Bu gün Siquldada nəcə günəşli bazar günüdür!” deyə, Maksim paylaşımına yazıb.
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. O ötən həftə yenidən Rusiyaya qayıtmışdı.
Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya qayıtmışdı. (Axşam)