Rusiya prezidenti Vladimir Putin martda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib. Bu addım ona ən azı 2030-cu ilə qədər hakimiyyəti saxlamağa imkan verəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
“Kremldə hesab edirlər ki, məhz Putin ölkəni ən çətin dövrdən keçirməlidir”, – deyə məsələnin həssaslığına görə anonimlik şərti ilə danışan mənbələr bildiriblər.
Onların sözlərinə görə, artıq Putinin qərarı ilə bağlı məlumatlar sızıb və onun müşavirləri hazırda seçki kampaniyasına hazırlaşır.
Xatırladaq ki, 2024-cü ildə analoji olaraq Ukraynada da prezident seçkiləri keçiriləcək. Ukraynada seçkilərin gələn ilin martın 31-də keçirilməsi planlaşdırılır.