• 21 Sentyabr 2024 12:48

UEFA “Qarabağ”a olan borcunu ödədi.

UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbəyə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq “Qarabağ”a ödəniş edib.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA tərəfindən ayrılmış 1,320,105.00 (bir milyon üç yüz iyirmi min yüz beş) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” FK-nın hesabına köçürülüb.

Qeyd edək ki, Ağdam təmsilçisi bu mövsüm Avropa Liqasının qrup mərhələsinin ilk 3 turunda “Molde” və “Hekken”ə qalib gəlib, “Bayer”ə uduzub.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər