• 23 Noyabr 2024 01:32

BİABIRÇILIQ! Araq içən futbolçular komandadan qovuldu

BİABIRÇILIQ! Araq içən futbolçular komandadan qovuldu

Polşanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının dörd futbolçusu spirtli içki qəbul etdiyinə görə dünya çempionatı öncəsi yığmadan uzaqlaşdırlıb. 

Tacxeber.com Polşanın “Nogomania” nəşrinə istinadən xəbər verir ki,  Oskar Tomçik, Filip Rozgi, Yan Labendzki və Filip Volski Balidəki barda sərxoş olublar. Futbolçular oteli tərk ediblər və məşqçilər onları yalnız səhər saatlarında tapıb.

Qeyd olunur ki, gənc futbolçuların bu hərəkəti Polşa millisini çətin vəziyyətə salıb. Çünki FİFA qaydaları turnirin başlamazdan əvvəl komandaların iştirak ərizəsinin dəyişdirilməsinə icazə vermir. FİFA polşalılarla bağlı istisna etməsə, İndoneziyada keçiriləcək dünya çempionatında məşqçilər heyətinin sərəncamənda cəmi 17 futbolçu olacaq ki, onlardan da üçü qapıçıdır.

Qeyd edək ki, Polşanın U-17 millisi dünya çempionatında ilk oyunun noyabrın 11-i Yaponiyaya qarşı keçirəcək.

Tacxeber.com

Oxşar xəbərlər