“Çubuq sizdədir, bəs top…?” – Hakan Fidandan ABŞ-yə CAVAB
Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsində səfərdə olan amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.
Görüş zamanı mətbuata verilən fotoda Blinkenin arxasındakı stolun üzərində ay-ulduzlu Məscidül-Əqsanı xatırladan fiqur diqqət çəkib.
Digər tərəfdən, ABŞ-nin Ankaradakı səfiri Ceff Flake də Hakan Fidanı ziyarət edib. Görüş zamanı çəkilən fotoda Fidanın masasının üzərindəki beyzbol topu böyük əks-səda doğurub.
Bunun ABŞ prezidenti Barak Obamanın beyzbol çubuğu ilə çəkilmiş fotosuna cavab olduğu bildirilib.
Xatırladaq ki, 2012-ci ildə o vaxtkı ABŞ prezidenti Barak Obama Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apararkən əlində beyzbol çubuğu ilə şəkil çəkdirmişdi. Bu kadr o vaxtlar çox danışılıb, müzakirə olunub. Aradan illər keçsə də, bu hadisə unudulmayıb.
11 il sonra Hakan Fidan Amerika səfirini qəbul edərkən, masasının üzərindəki beyzbol topu ilə ABŞ-yə açıq mesaj verib: “Çubuq sizdədir, bəs top kimdədir?”. (Unikal)