• 20 Sentyabr 2024 19:46

HƏMAS İsrail kəşfiyyatını belə aldatdı – Şok detallar

İsraildə ivrit dilində yayımlanan Walla internet saytı HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl 18 ay ərzində İsrail kəşfiyyatını saxta videolarla aldatdığını yazıb.

Walla internet saytının xəbərlərində oktyabrın 7-də səhər saatlarında Həmas və Fələstin qruplarının təşkil etdiyi “Əqsa tufanı” əməliyyatından əvvəl həyata keçirilən “aldatma” ilə bağlı təfərrüatlar yer alıb.

Xəbərdə HƏMAS-ın əməliyyatdan 18 ay əvvəl məşq videolarını qəsdən paylaşdığı və sözügedən qrupun “gülünc və qeyri-peşəkar” təlimlər təşkil edərək İsrail kəşfiyyatını çaşdırdığı bildirilib.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “aldatma və təlim əməliyyatı” çərçivəsində təlim klipləri hazırladığı vurğulanıb.

Məşq videolarında HƏMAS üzvlərinin atəş halqasından tullanması, yerdə yuvarlanması, motosikletdən və ya avtomobildən tullanmasının İsrail kəşfiyyatı tərəfindən “absurd və qeyri-peşəkar” kimi qiymətləndirildiyi bildirilib.

Xəbərdə adi hala çevrilən təlimlərin Fələstin mediasında da yayımlandığı qeyd edilib.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər