• 26 Noyabr 2024 04:39

Payızda bu 2 tərəvəz hər gün yeyilməlidir

 

Payızın 2 super ərzağı var, onların qəbulu bir çox xəstəliklər, o cümlədən xərçəngin profilaktikasında rol oynayır.

Tacxeber.com xəbər verir ki, həkim Yelena Tixomirova payızda kələm və çuğundur yeməyin vacibliyindən danışıb.

“Bu 2 ucuz tərəvəz antosian-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur. Çuğundur nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Çuğundur həzm sisteminə də yaxşı təsir edir. Qəbizliyi əla aradan qaldırır. Onda həll olan çox miqdarda bitki lifi var. O ki, qaldı kələmə, onda çox miqdarda C vitamini var.

Kələmdə elə maddə var ki, qadınlarda döş xərçənginin qarşısını alır.

Üçüncü vacib ərzaq balqabaqdır. O, orqanizmi A vitamini ilə təmin edir. Hormonal balansı tənzimləyir”, – həkim qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər