• 20 Sentyabr 2024 18:24

Soyadı Sərxan Sərxana Rusiyada çətin anlar yaşatdı – VİDEO

Soyadı Sərxan Sərxana Rusiyada çətin anlar yaşatdı - VİDEO

Xalq artisti Sərxan Sərxan “Qurbanbəyov” soyadının ona çətinlik yaşatdığını etiraf edib.

Tacxeber.com Axşam-a istinadla xəbər verir ki, bu barədə müğənni “Gündən günə” verilişində danışıb.

O bildirib ki, soyadına görə Rusiyada çətin anlar yaşayıb:

“Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım. Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Bir neçə dəfə məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında adı “soyadsız demək olmaz” dedilər. Mən də dedim ki, o zaman iki dəfə Sərxan deyin. Yəni Sərxan Sərxan. Dedim ki, babamın adı Sərxandır. Deyin, Sərxan Sərxan…

Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan Sərxan kimi getdi. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var, niyə axı o soyadı tanıtdırmırsan”.

Tacxeber.com

Oxşar xəbərlər