Yeməkləri uzun müddət daha sağlam saxlamaq üçün soyuducuda saxlamaq hər kəsin istifadə etdiyi bir üsuldur. Lakin mütəxəssislər tərəfindən aparılan araşdırmalar hər yeməyi soyuducuda saxlamağın sağlam olmadığını ortaya çıxarıb.
Tacxeber.com xəbər verir ki, bəzi qidaların soyuducuda saxlanması onların daha tez çürüməsinə səbəb olur.
Soyuducuda saxlanmaması lazım olan qidaları təqdim edirik:
Çörək: Çörək üçün ən uyğun saxlama yeri sərin və quru mühitlərdir. Soyuducuda rütubətə məruz qalan çörək daha tez qəliblənməyə başlayacaq.
Soğan: Soğanı olduğu kimi soyuducuya qoymaq onların yumşalmasına və kif əmələ gəlməsin səbəb olur. Nəmə çox həssas olan soğanı soyuducuda saxlamaq istəyirsinizsə, hava keçirməyən qab tapıb soğanı soyduqdan sonra saxlamaq lazımdır. Digər tərəfdən, ən sağlam üsul onu sərin və quru yerlərdə saxlamaqdır.
Banan: Otaq temperaturunda bananın yetişmə prosesi daha sürətli gedəcəyi üçün bananın soyuducuda saxlanması onun kifayət qədər yetişməməsinə səbəb olacaq. Bu o deməkdir ki, banan qida dəyərini itirir.
Bal: Bal soyuducuya qoyulduqda soyuğun təsirindən rəngi qaralmağa və kristallaşmağa başlayır. Bu balın dadına təsir edir. Bunun əvəzinə onu sıx bağlaya və otaq temperaturunda buraxa bilərsiniz.
Pomidor: Banan kimi pomidor da yetişmə prosesindən keçən qidadır. Pomidorlara dad verən onların yetişməsidir. Lakin soyuducuda yetişmə prosesi daha uzun sürəcəyi üçün soyuducudan çıxardığınız pomidorun dadı tam dadlı olmayacaq və qida dəyəri azalıb yox olacaq. Bunun əvəzinə pomidorları sərin, quru yerdə saxlaya bilərsiniz.
Ananas: Yetişmə prosesindən keçən digər meyvə də ananasdır. Ananas da soyuducuda saxlanılmamalıdır. Əgər soyuducuda saxlansa, yetişməyəcək, dadsız, quru və xırdalanmış halda qalacaq.
Kartof: Nişasta soyuq mühitlərdə daha sürətli şəkərə çevrilir. Tərkibində yüksək miqdarda nişasta olan kartof bu səbəbdən soyuducuda deyil, sərin və quru yerdə saxlanmalıdır. Bundan əlavə, soyuducuda qalan kartof yumşalmağa və dadını itirməyə başlayır.
Şokolad: Tərkibində şəkər və yağ olan şokoladı soyuducuda saxlamaq şokoladın dadını pozar. Bunun əvəzinə sərin və quru mühitləri seçə bilərsiniz.
Qəhvə: Keskin qoxusu və dominant dadı ilə sevilən qəhvəni soyuducuda saxlasanız, qısa müddətdə həm qoxusu, həm dadı itməyə başlayacaq və qəhvə bayatlaşacaq. Qəhvəni sərin, quru mühitdə möhkəm bağlayın.
Sarımsaq: Sarımsağı soyuducuda saxlamaq onun qısa müddətdə kiflənməsinə və yumşalmasına səbəb olar. Buna görə quru və sərin mühitləri seçmək daha yaxşı olar.