Quranı yandırdığına görə məhbusu döyən Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov dsaha bir dövlət mükafatı alıb.
Bu dəfə o, “Kabardin-Balkar Respublikası qarşısında xidmətlərinə görə” ordeninin sahibi olub.
Mükafatı rayon rəhbəri Kazbek Kokov təqdim edib. Onun sözlərinə görə, 15 yaşlı Adam “millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində mühüm töhfəsinə görə” mükafatlandırılıb.
Ramzan Kadırov bu mükafatlandırma ilə bağlı deyib ki, oğlu işlərində və hərəkətlərində hər şeydə babasına bənzəməyə çalışır.
Xatırladaq ki, avqustun ortalarında Quranı yandırdığına görə həbs edilən Volqoqrad sakini Qroznı istintaq təcridxanasında döyülmə faktlarından Rusiya Ombudsmanına şikayət edib. O, Adam Kadırov tərəfindən döyülüb. Bir ay sonra Ramzan Kadırov özü bu döyülmənin videosunu yayıb və oğlunun bu hərəkəti ilə fəxr etdiyini bildirib.
Bu hadisə Rusiya cəmiyyətində geniş rezonans doğurub, lakin Kadırov oğlunu tanıtmağa davam edir, ona bir neçə çeçen mükafatı təqdim edib. Çeçenistan rəhbəri Rusiyanın digər regionlarının rəhbərlərinin də oğlunu mükafatlandırmasına nail olub. Xüsusilə, Tatarıstan və Qaraçay-Çərkəz dövlətləri öz mükafatlarını təqdim edəcəklər.