• 22 Sentyabr 2024 07:28

Nə az, nə çox – 1,2 milyon manata kitab nəşr etdiririk.

Qarabağ Dirçəliş Fondu 1,2 milyon manata kitab nəşr etdirir

Qarabağ Dirçəliş Fondu bir kitabın nəşrinə 1,2 milyon manata yaxın vəsait ayırır.

Bu barədə noyabrın 7-də Dövlət Satınalmalar Agentliyinin saytında məlumat dərc olunub.

Məlumata əsasən, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın ərsəyə gəlməsi üçün “Media Prima Advertising Agency” adlı təşkilatla müqavilə bağlanıb. Sifarişin dəyəri 1 178 672 manatdır.

 

Sosial şəbəkədə bu barədə məlumat yayıldıqdan sonra Qarabağ Dirçəliş Fondu açıqlama yayaraq, nəşrin sadə kitab deyil, ağıllı kitab olduğunu bildirib:

“Qeyd edək ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur (Graeme Wilson).

Q.Vilson Azərbaycan haqqında müxtəlif əsərlərin, o cümlədən Prezident İlham Əliyevin bioqrafiyası «A Portrait of a President», ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən «The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan», «Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu» kitabı, həmçinin Ermənistanın işğalçı rejiminin Qarabağdakı qanunsuz fəaliyyətinə dair materialların müəllifidir”.

Bu kitabların üçünün – İlham Əliyev, Heydər Əliyev və Xalq Cümhuriyyəti haqqında kitabların məsləhətçi və redaktoru Rəhman Hacıyev olub. Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədridir.

Fond bildirir ki, “Media Prima Advertising” şirkəti ilə müqavilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq bağlanıb. Halbuki e-tender.gov.az portalında dərc olunan məlumata görə, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Elan da verilməyib. Qarabağ Dirçəliş Fondu birbaşa müqavilənin bir mənbə ilə bağlanmasını təcililik zərurəti və müəllif hüquqlarının “Media Prima” şirkətinə aid olması ilə izah edir. (Toplum TV)

 

Tacxeber.com

Oxşar xəbərlər