• 25 Noyabr 2024 10:30

Zaxarova Fransaya od püskürdü: bu epizodlar dəhşətli işlərdən nümunələrdir

 

Fransa UNESCO Baş Konfransının Parisdə keçirilən 42-ci sessiyasında nümayəndə heyətinin üzvlərinə viza verməməklə Rusiyanın iştirakına mane olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu artıq sistemli xarakter alıb. Zaxarova qeyd edib ki, viza gec verildiyi üçün komissiyanın məsul katibi Tatyana Dovqalenko da Baş Konfransın açılışı ərəfəsində UNESCO-ya üzv ölkələrin milli komissiyalarının iclasında iştirak edə bilməyib.

“Bu epizodlar bir sıra oxşar dəhşətli işlərdən nümunələrdir. Son aylarda bir sıra Rusiya nümayəndələrinə izahat verilmədən təşkilatın Paris ərazisində keçirilən beynəlxalq tədbirlərində iştiraka icazə verilməyib.

Baş direktor Odri Azuleni vəziyyətə qətiyyətlə müdaxilə etməyə və Fransanın öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün konkret və təsirli tədbirlər görməyə çağırırıq”.

Tacxeber.com

Oxşar xəbərlər