• 21 Sentyabr 2024 06:58

Ermənilər Azərbaycanı belə təbrik etdi – ŞOK VİDEO

 

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər.

Tacxeber.com xəbər verir ki, görüntülər çıxış edən şəxslər deyiblər:

– Mənim sevimli Azərbaycan xalqım, Zəfər Günü ilə bağlı sizi təbrik edirəm, sülh və əmin-amanlıq arzulayıram.

– Hörmətli Azərbaycan xalqı, hörmətli Azərbaycan hərbi qulluqçuları, sizi Zəfər Günü münasibətilə təbrik edirəm.

– Azərbaycan xalqına ərazi bütövlüyünü təmin etdiyinə görə təbrikimi çatdırıram.

Təbrik edənlər oxşar çıxışları ilə iki ölkə arasında sülh münasibətlərinin olmasını arzulayıblar. Bəziləri nitqlərində Azərbaycan dilindən də istifadə ediblər.

 

Oxşar xəbərlər