Braziliyalı futbolçu Neymarın sevgilisinin evinə oğru girib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, üç silahlı şəxs Bruna Biankardinin valideynlərinin əllərini bağlayaraq pul kisəsini, saatını və zinət əşyalarını oğurlayıb.
Neymarın yeni doğulan qızı Mevi və körpənin anası Biankardini soruşaraq qaçırmağa cəhd edən silahlı şəxslər qonşuların polisə zəng etməsindən sonra qaçıblar.
Hadisə ilə bağlı 3 silahlı şəxsdən biri – 20 yaşlı gənc həbs edilib, ikincisinin şəxsiyyəti müəyyən edilib, üçüncüsünün kimliyi isə araşdırılır.
Neymar hadisə ilə bağlı “Şükür, hər kəs yaxşıdır” sözlərini yazıb.