• 24 Noyabr 2024 19:45

“ABŞ-da qalmaqal: Amerika şirkətləri Rusiya ordusunun silahlandırılmasına kömək edib.

“SN Brothers” şirkəti vasitəsilə tədarük edilən detalların eyni nişan, model və nömrələri Rusiyanın ukraynalı hərbçilər tərəfindən ələ keçirilən silah və kəşfiyyat vasitələrində aşkar edilib…”

Birləşmiş Ştatlar Amerikanın elektronika komponentlərinin Rusiyanın pilotsuz uçuş aparatları, raketlər və tankları nümunələrində hansı yolla peyda olmasını araşdırmağa başlayıb.

Bu barədə “kras-ru.livejournal.com” nəşri yazıb.

ABŞ Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik məsələləri üzrə Bürosu Rusiyaya hərbi məqsədlər üçün istifadə olunan ikili təyinatlı elektronikanın tədarükündə ittiham edilən üç şirkətin məhsulunun ixracının müvəqqəti dayandırılması barədə sərəncam imzalayıb.

 

ABŞ ticarət nazirinin ixrac nəzarəti məsələləri üzrə müavini Metyu Akselrodun bəyanatında deyilir ki, yeddi şəxs və üç şirkət, “milyonlarla dollar məbləğində ikili təyinatlı elektronika məhsullarının Rusiyada, o cümlədən Rusiya ordusu ilə əlaqəli olan şirkətlər də daxil olmaqla, son istifadəçilər üçün qanunsuz tədarükü və satınalınmasının həyata keçirilidiyi mürəkkəb qlobal satınalınmalar sxeminin bir hissəsi olub”.

İki şirkət – “SH Brothers” və “SN Electronics” şirkəti ABŞ-da, daha bir “Suntronic” şirkəti Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Yuxarıda göstərilən şirkətlər və şəxslər üçün ixrac məhdudiyyətləri 180 günə nəzərdə tutulub.

İxrac məhdudiyyətləri həmçinin yeddi fiziki şəxə tətbiq edilib, onlardan dörd nəfəri-Oleq Zençenko, Yekaterina Vetoşkina, Pavel Çernikov, Vladimir Boçkaryov Rusiya sakinidir.

Üç şəxs Kanada vətəndaşları Nikolay Qoltsev, Kristina Puzıryova, habelə ABŞ-da yaşayan Səlimcan Nəsrəddinov oktyabrın 31-də Rusiyada hərbi istehsal üçün ikili təyinatlı elektronikanın qanunsuz tədarükü ilə bağlı cinayət işi çərçivəsində həbs edilib.

İxrac məhdudiyyətləri Nyu-Yorkun Şərq dairəsinin federal məhkəməsi tərəfindən çıxarılan ittiham rəyi ilə bağldır. Cinayət işi ABŞ Ədliyyə Nazirliyi, Ticarət Nazirliyi və FTB-nin Nyu-York bölməsinin birgə tədqiqatının bir hissəsidir.

İttiham rəylərinə görə, Qoltsev, Puzıryova və Nəsrəddinov “Amerika istehsalçıları və distribütorlarından Rusiyada sanksiyalar altında olan son istifadəçələrə, o cümlədən üçüncü ölkələr vasitəsilə milyonlarla dollar məbləğində ikili təyinatlı elektronikanın qanunsuz satışı, əldə edilməsi və tədarükü ilə məşğul olub”.

Məhkəmə materiallarında qeyd edilir ki, ittiham edilənlər tərəfindən “SH Brothers” şirkəti vasitəsilə tədarük edilən detalların eyni nişan, model və nömrələri Rusiyanın ukraynalı hərbçilər tərəfindən ələ keçirilən silah və kəşfiyyat vasitələrində aşkar edilib.

İttiham rəyində göstərilən dövr ərzində “SH Brorhers” şirkəti Rusiyaya 7 milyon dollar dəyərində yüzlərlə tədarük həyata keçirib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər