“Təsəvvür edin, əyləşmisən evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu niyə görə belədir?”
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Qum saatı” verilişində deyib. O, haqqında səsləndirilən bəzi fikirlərə belə reaksiya verib:
“Yaxınım var deyir ki, “bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar”. Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Və ya siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Axı nə etmişəm ki, “niyə ölmür” yazırlar.