Qəzza zolağı silahsızlaşıdırılıb yenidən qurulmalıdır və orada gələcəkdə radikal elementlərə yer olmamalıdır.
Tacxeber.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News”a müsahibəsində deyib.
“Mənə elə gəlir ki, Qəzzanın gələcəyi belə olmalıdır. Bu savaşın sonu olaraq HƏMAS yox olacaq. Biz HƏMAS-ı təkcə özümüz üçün deyil, həm sivilizasiya naminə, həm də fələstinlilər və israillilər naminə məhv edəcəyik. Biz Qəzzanın silahsızlaşdırıldığını, radikal elementlərdən təmizləndiyini və yenidən qurulacağını görmək istəyirik”, – Netanyahu qeyd edib.
O əlavə edib ki, İsrail Fələstin anklavını tutmaq, işğal etmək və oranı idarə etmək niyyətində deyil.
“Bununla belə, lazım gələrsə, İsrailə müəyyən müddətdə HƏMAS-ın dirçəlməsinin qarşısını almaq üçün etibarlı qüvvələr Qəzzayə girəcək və qatilləri məhv edəcək. Mənim gözləntilərim Qəzzanın sakinlər üçün yenidən qurulmasıdır”, – Netanyahu bildirib.