Palçıqdan daxma, siçanlı yataq: Altı nəfərlik ailənin dramı – VİDEO
Astara rayonunun Tüləgüvan kəndində yaşayan ailənin yardıma ehtiyacı var.
Bu barədə Baku TV-nin “Arzunun vaxtı” verilişində məlumat verilib.
6 nəfərdən ibarət ailə (ata, ana və 4 uşaq) palçıq və taxtadan tikilmiş daxmada şəraitsiz vəziyyətdə yaşayır.
42 yaşlı ananın sözlərinə görə, bir övladını imkansızlıq ucbatından itirib:
“Qızıma ana südü verə bilmirdim, yemək də almağa imkanımız olmadı. Ev yeməyi yedi, xəstələndi və öldü”.
Ailənin böyük oğlu, 10-cu sinif şagirdi Qalib universitetə hazırlaşır və ali təhsil almağı ən çox bu vəziyyətdən qurtulmaq üçün istədiyini deyir:
“İstəyirəm ki, vəziyyətimiz qonşularınkı kimi olsun. Sinif yoldaşımgilə getmişdim, baxdım ki, mənim evim onun mətbəxi, hamamı kimi belə deyil”.
Ətraflı süjetdə: