• 23 Noyabr 2024 23:07

Paşinyan Kərim Xanla görüşdü – Rusiyaya da bir “sürpriz”

Ermənistan Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ilə görüşüb.

Görüş Paris Sülh Forumu çərçivəsində baş tutub.

Həmsöhbətlər beynəlxalq ədalət və hüquqla bağlı məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzularıkirə ediblər.

Qeyd edək ki, Ermənistan BMC-nin Roma Statutunu ratifikasiya edib.

17 mart 2023-cü il tarixdə BCM Rusiya lideri Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya edən ölkələrdə Putinin həbsi mütləqdir.

Martın 20-də isə Rusiya İstintaq Komitəsi BCM-nin prokuroru Kərim Əhməd Xana və daha 3 hakimə qarşı cinayət işi açıb. May ayında Kərim Xan və hakim Rosario Aytala qarşı ittihamlar irəli sürülüb və onlar axtarışa verilib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər