• 22 Noyabr 2024 23:17

Rusiyalı rejissorun Azərbaycanla bağlı dedikləri İrəvanda qalmaqala səbəb oldu

 

Rusiyalı rejissor Vitali Manskinin feysbuk sosial şəbəkəsində Azərbaycanla bağlı yazdığı paylaşımdan sonra Ermənistanda, İrəvan Dövlət Teatr və Kino İnstitutunda keçirilməsi planlaşdırılan “Artdocfest” festivalı ləğv edilib.

Tacxeber.com xəbər verir ki, prezidenti Vitali Manskinin olduğu “Artdocfest” festivalı noyabrın 23-26-da baş tutmalı idi.

Tədbirin ləğvi ilə bağlı Vitali Manski öz səhifəsində yazıb: “Bu gün İrəvandan olan dostlar zəng edib dedilər ki, Bakıya səfərlə bağlı yazdığım mətn Ermənistanda çoxları tərəfindən yanlış anlaşılıb”.

Əlavə edib ki, Bakıda gördükləri onda güclü emosional təəssürat yaratdığında belə bir paylaşım etdi.

Qeyd edək ki, Vitali Manski 2021-ci ildə “DokuBaku” festivalı çərçivəsində “Artdocfest” festivalının təsisçisi Azərbaycanda olub. Birinci Qarabağ müharibəsinin başlanğıcını lentə alan Manski Azərbaycan mətbuatına müsahibəsində Azərbaycanın qələbəsinə şübhə etmədiyini bildirib.

“Bilirəm ki, Azərbaycan torpaqlarının geri qayıtmasını hər kəs xoşbəxtlik və qürurla qeyd edir.  Azərbaycan o qədər qüdrətli dövlətdir ki, onun qələbəsinə heç bir şübhəm yox idi. Bu, aydındır. Azərbaycan və Ermənistan müqayisə edilməzdir”.

Sosial şəbəkələrdəki şərhlərdə erməni istifadəçilərdən biri rejissora Bakının qələbəsi ilə bağlı sözlərini xatırladıb və cavabında Vitali Manski yazıb: “Mən bunu indi deməyə hazıram”.

Tacxeber.com

Oxşar xəbərlər