• 23 Dekabr 2024 14:12

Artıq Yaponiya da həyəcan təbili vurur: Böyük təhlükə ilə üz-üzəyik…

Yaponiya II Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşib.

Bu açıqlama ilə Yaponiya Baş naziri Fumio Kişida çıxış edib.

Baş nazir hesab edir ki, Yaponiya müharibədən sonrakı dövrdə ən ağır və çətin təhlükəsizlik vəziyyətindədir:

“Bu, Rusiya və Çin bombardmançılarının Yapon dənizi üzərində uçuşları fonunda baş verir”.

Kişida hərbi büdcənin lazımi səviyyədə təmin edilməsinə və Tokionun müdafiə qabiliyyətinin gücləndirilməsi üçün qətiyyətli tədbirlər görülməsinə çağırıb.

Baş nazir bildirib ki, Yaponiya ölkəyə mümkün hücumları dəf etmək üçün raketlər hazırlamağa başlayacaq.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər