• 23 Noyabr 2024 23:06

“Bizim bir düşmənimiz var, o da Putin və onun arxasında dayanan nasist Rusiyasıdır” – Qordon

“Biz daxili çəkişmələr deyil, istisnasız olaraq faşist Rusiyası üzərində qələbə haqqında düşünməliyik…”

“Hərbçilər cəbhədə baş verənlər haqqında şərh verməməlidir, bu, təcavüzkarın işini asanlaşdırır və müttəfiqlərimizdə təlaş yaradır…”

Hərbçilər və siyasətçilər vəziyyəti heç də həmişə eyni cür dəyərləndirmir.

Moderator.az xəbər verir ki, bu fikri “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon teleaparıcı Vasili Qolovanova müsahibəsində ifadə edib.

O, Ukrayna prezidenti Vladimir Zelenski və Silahlı Qüvvələrin Baş Komandanı Valeri Zalujnı arasında Rusiya işğalçıları ilə bundan sonra aparılacaq mübarizə ilə bağlı, guya, “fikir ayrılığı” və gərginlik yaranması barədə şayiələrə münasibət bildirib.

“Hərbçilər və siyasətçilərin müxtəlif cür düşündükləri normaldır, istənilən ölkə üçün bu, belədir”, – o, deyib.

Jurnalistin sözlərinə görə, hərbçilər hərbi mənzərəni görür və heç də həmişə siyasi aspektləri nəzərə almır, siyasətçilər isə, əksinə, hər şeydən əvvəl siyasi aspektləri nəzərə alır, lakin hərbi aspektləri görmür.

“Belə münaqişələr əvvəlcədən həmişə gözləniləndir. Mən istərdim ki, əgər prezident və general Zalujnı arasında, siyasətçilər və generallar arasında ixtilaflar varsa (bunlar yəqin ki, var, təkrar edirəm, bu, normaldır), bunlar müşavirələr keçirilən zallardan kənara çıxmasın.

Bizim bir düşmənimiz var, onun soyadı Putin və onun arxasında dayanan faşist, nasist, kiflənmiş, murdar Rusiyadır. Ona görə də biz bu gün daxili çəkişmələr, daxili münaqişələr deyil, istisnasız olaraq faşist Rusiyası üzərində qələbə haqqında düşünməliyik”, – Qordon bəyan edib.

O,  vurğulayıb ki, Ukraynanın qələbəsinə inanır.

“Mən qələbəmizə tamamilə inanıram. Yeri gəlmişkən, mən heç şübhə etmirəm ki, Valeri Fyodoroviçin hətta məlum məqaləsindən sonra da özü də qələbəyə inanır. Mən buna əminəm. Zelenski də qələbəyə inanır. Mən buna da əminəm. Bütün bəlli olanlardan sonra da mən qələbəmizə tamamilə əminəm”, – Qordon hesab edir.

Noyabrın 1-də Zalujnının “The Economist” nəşrində Ukrayna cəbhəsində yaranmış vəziyyətə həsr edilmiş məqalə dərc edilib.

Məqalədə o cümlədən deyilir ki, müharibə hazırkı mərhələdə “tədricən mövqe formasına keçir”, uzunmüddətli müharibə isə Ukrayna üçün böyük risklər yaradır.

Baş Komandanın dəyərləndirməsinə görə, hazırda hər iki tərəfin texnoloji inkişafı elədir ki, “dalandan çıxmaq üçün”, vaxtilə barıtın kəşf edilməsi zamanı olduğu kimi, vəziyyəti dəyişmək üçün nəsə prinsipial olaraq yeni bir şey lazımdır.

Ukrayna prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva Zalujnının məqaləsini şərh edərkən bəyan edib ki, hərbçilər cəbhədə baş verənlər barədə açıq şərh verməməlidir.

Onun sözlərinə görə, bu, “təcavüzkarın işini asanlaşdırır”, məqalə isə Ukraynanın müttəfiqləri arasında “təlaş” yaradır.

Zelenski NBC News” nəşrinə müsahibəsində etiraf edib ki, cəbhədə “bu gün həqiqətən mürəkkəb vəziyyət yaranıb”, amma bu, dalan demək deyil.

“Bəzən bizim müharibəyə münasibətimiz belə olur, daşünürsən ki, kimsə yerində sayır. Lakin bu, sadəcə, yerində saymaq demək deyil. Yerində dayanaraq da sən düşməni məhv edirsən və bu, faktdır”, – dövlət başçısı qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər