• 27 İyul 2024 03:55

Kadırovun böyük oğlu 18 yaşının tamamında Çeçenistanda nazir müavini təyin edilib

Kadırovun böyük oğlu 18 yaşının tamamında Çeçenistanda nazir müavini təyin edilib

“Çeçenistanda müxtəlif vəzifələrdə Kadırovlar ailəsinin 100-dək qohumları qərarlaşıb…”

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Respublika fiziki tərbiyə, idman və gənclər siyasəti üzrə nazir müavini təyin edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “svoboda.org” nəşri yazıb.

Noyabrın 8-də Əhmədin 18 yaşı tamam olub. Bu təyinat haqqında ayrıca məlumat verilməyib, lakin Ramzan Kadırov özünün “Telegram-kanal”ında Əhmədin yeni vəzifəsini qeyd edib, növbəti dəfə o cümlədən öz oğullarının da mükafatlandırılmasından danışıb.

“Qafqaz. Gerçəkliklər” nəşri dəqiqləşdirib ki, bundan öncə bu vəzifəni Hüseyn Əbdülkərimov tutub. Lakin rəsmi fərmanlardan göründüyü kimi, noyabrın 8-də onun vəzifəsi idman nazirinin müavini kimi sadə vəzifəyə endirilib.

Bundan öncə Əhməd Kadırov Çeçenistan rəhbərinin köməkçisi və Kremlyönlü yeniyetmələrin “Birincilər hərəkatı” regional bölməsi şurasının sədri olub.

Çeçenistanda müxtəlif səviyyəli dövlət vəzifələrində Kadırovlar ailəsinin 100-dək qohumları-övladları, bacıları, kürəkənləri, əmiuşaqları, müxtəlif qohumluq dərəcədən olan qardaşları qərarlaşıb.

2018-ci ildə BBC-nin Rus xidmətinin dərc etdiyi araşdırmada göstərilib ki, Çeçenistanda 158 məmurdan 47 nəfəri Kadırovla qohumluq əlaqəsindədir.

Kadırovun həddi-buluğa çatmayanlar da daxil olmaqla ən yaxın qohumları həmçinin dövlət vəzifələri və mükafatlarına layiq görülüb.

Belə ki, Çeçenistan rəhbərinin 15 yaşlı ikinci oğlu Adam artıq “Çeçenistan Qəhrəmanı” ordeni, həmçinin Tatarıstanın “Dostluq” ordeni, “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni və Kabardin-Balkar Respublikasının ali mükafatı olan “Respublika qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Çeçenistan rəhbərinin 26 yaşlı əmisioğlu həmçinin “Respublika Qəhrəmanı” adını alıb. O, öz əmisinin güc nazirlikləri üzrə köməkçisi və əmlak və torpaq münasibətləri nazirinin müavini vəzifələrindədir.

Kadırovun ətrafı və onun ailə üzvləri mütəmadi olaraq vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə şübhəli bilinir.

Cümə günü “VÇK-OQPU” “Telegram-kanal”ı məlumat verib ki, Moskvada “Ramzan Kadırovun əmisioğulunun yaxın ətrafı ilə bağlı” adam oğurluğu, şantaj və cinayətkar birliklərin təşkili cinayət maddələri üzrə” istintaqdan öncə yoxlama aparılır.

Rəsmi səviyyədə və başqa mənbələrdə bu məlumat təsdiq edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər