• 20 Aprel 2024 07:04

Vüsalın komanda yoldaşı oyun zamanı öldü

 

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirib.

Tacxeber.com xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.

28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.

Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər