• 27 İyul 2024 06:27

Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu – Video

Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu – Video

Meyxanaçı Samirə Yusifqızının restoranların birində gecə saatlarında oğlanlarla rəqsi gündəmə səs salıb. 

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, mövzu “Elgizlə izlə” ictimai-sosial verilişində müzakirə olunub. Bəlli olub ki, Samirənin rəqs videosunu müğənni qızı Fərəh sosial şəbəkədə yayımlayıb. Sözügedən proqramda qonaq olan jurnalist Ramilə Sultan müğənninin bu rəqsini başına qaxınc edib.

Ramilə səs tonunu yüksəldib və Samirənin bu rəqsini onun yaşına və sənətinə yaraşdırmadığını söyləyib. Bu an isə S.Yusifqızı və R.Sultan arasında söz savaşı yaşanıb. Verilişin aparıcısı Elgiz Əkbər tərəfləri sakitləşdirməyə çalışıb.

Elgiz günahı Samirənin qızı Fərəhdə görüb. O bildirib ki, bu görüntülər yayılmamalı idi. Meyxanaçının qızı isə anasının rəqsində heç bir qəbahətin olmadığını və onun normal rəqs etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər