• 09 İyun 2025 07:00

Qardaş Azərbaycanın xətrinə dəymişik, səhv eləmişik – CHP sədri

 Qardaş Azərbaycanın xətrinə dəymişik, səhv eləmişik – CHP sədri
Paylaş
Qardaş Azərbaycanın xətrinə dəymişik, səhv eləmişik - CHP sədri

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni seçilmiş sədri Özgür Özel Azərbaycan barədə danışıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə Özellə telefon danışığına istinadən jurnalist Yavuz Donat yazıb.

“Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Səhv eləmişik. Tamamilə bizim xətamızdır. Yoluna qoyacağıq. Can Azərbaycanın könlünü alacağıq. İlk səfərimi Kiprə və Azərbaycana edəcəyəm”, – deyə o jurnalistə bildirib.

Qeyd edək ki, Özgür Özel CHP-nin 4-5 noyabr tarixlərində keçirilmiş qurultayında sədr seçilib.

Tacxeber.com

Oxşar xəbərlər