• 18 May 2024 21:18

Aşıq Namiq qalmaqal yaşadığı hadisə barədə: “O mənim həyatımda olan bir qadın olub” – VİDEO

 

Aşıq Namiq Fərhadoğlu ötən gün parkda qalmaqal yaşadığı xanımla bağlı açıqlama verib.

Bu barədə “İncə səhər” verilişinə danışan musiqiçi hadisənin şok təfərrüatlarını açıqlayıb:

“O mənim həyatımda olan bir qadın olub… Telefonda danışa-danışa gedirdim. Gördüm qəfildən kimsə məni əli ilə vurdu dedi ki “Anama nə dedin? Mən də cavab verdim ki “Kim nə dedi?, get işinlə məşğul ol” Sonra bu mənim yaxamdan yapışdı camaat gəldi bizi ayırdı. Həmin vaxt telefonumun şüşəsi sındı. Sonra bunu arxası ilə getdim. Dedim gəl görüm sən kimsən məni söyürsən, təhqir edirsən. Anası başladı bizi çəkməyə. Mən də telefonu onun əlindən almaq istədim. Bu vaxt oğlu boynumdakı boyunbağını dartıb qopartdı, o onlarda qaldı. 120 dollara almışdım. Görürlər ki, toylara çox gedirəm, gündəmdəyəm, bahalı maşın, geyim-kecim, şəhərin mərkəzində evim”.

Xatırladaq ki, ötən gün yerli mətbuatda Aşıq Namiq Fərhadoğlunun döyüldüyü ilə bağlı xəbərlər yayılıb. Hadisənin Nərimanov rayonunun Dədə Qorqud parkında baş verdiyi bildirilib. S.Babayev (şərti soyad) Namiqin onun anası, 1967-ci il təvəllüdlü R.Babayevaya söz atdığını bildirib.O, Aşıq Namiqə irad bildirib və mübahisə zəminində dava-dalaş düşüb. Daha sonra tərəflər mübahisəni Nəsimi rayonu ərazisində davam etdiriblər. Hadisədən sonra S.Babayev və Aşıq Namiq Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə şikayət ediblər. Onların ikisi də döyüldüyünü bildirib./Baku.ws

 

Oxşar xəbərlər