• 27 İyul 2024 08:23

“Putinin sevinci həddən artıq tezdir” – Almaniya  XİN rəhbəri

 

“Biz Ukraynaya dəstəyimizi nəinki davam etdirəcək, həm də onu genişləndirəcək və artıracağıq…”

 

“Ay axmaq, yaxşı olar ki, özünə bığ saxla, o zaman Avropanın sənin kimi axmaq nazirləri səni öpmək istəyəcək…”

Solovyov alman siyasətçilərini təhqir edib

Almaniya xarici işlər naziri Annalena Berbok əmin edib ki, Moskvanın ümidlərinə baxmayaraq,

Almaniya Ukraynaya öz ərazilərinin rusiyalı qəsbkarlardan azad edilməsi uğrunda mübarizə aparmağa kömək etməkdə davam edəcək.

Moderator.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündə deyib. Məlumatı “Wеlt” nəşri yayıb.

“Bizim xüsusilə növbəti ildə dəstəyimiz genişlənəcək”, – Berbok təfsilata varmadan deyib.

“Putinin dünyada dramatik vəziyyətə ümid edərək sevinməsi həddən artıq tezdir. Çünki biz Ukraynaya dəstəyimizi nəinki davam etdirəcək, həm də onu genişləndirəcək və artıracağıq”, – Berbok əlavə edib.

Alman diplomatiyası rəhbərinin sözlərinə Rusiya telekanalının efirində Kreml təbliğatçısı Vladimir Solovyov cavab verib.

“Bura bax, alman abdalı,

sənin satqın sarsaqlığın ucbatından sən, Annalena Berbok, hələ Berlinin od tutub yanmasını və Reyxstaq üzərində qələbə bayrağını görəcəksən.

Çünki sən axmaq Keniqsberqdə sovet əsgərlərinə qarşı döyüşən babana görə deyil, öz nənənin ərinə görə qisas almaq istəyirsən. Bax, biləsən, indi o, Kalininqraddır.

Sən “alman vergiödəyicilərinin pulları hesabına biz daha çox ödəyəcəyik” deyəndə özünə bığ saxla. Belə etsən, sənin kimi axmaqlar, Avropa ölkələrinin xarici işlər nazirləri səni öpmək istəyəcək”, – Solovyov qəzəbini gizlətməyib.

Bu zaman o, müntəzəm olaraq özünü Hitlerə bənzədərək alman sözlərindən istifadə edib.

“Başa düşürsənmi, ay axmaq, əsas odur ki, sən müharibə alovunu qızışdırırsan. Həm də səni heç kim seçməyib, sən Şoltsun hesabına bu vəzifəyə təyin olunan yaramazsan”, – Rusiya təbliğatının yorulmaz zəhmətkeşi alman siyasətçilərini təhqir edib.

“Alman xalqını hansı həddə çatdıracaqsınız? Biz əvvəlkitək yoldaş Stalinin sözlərini rəhbər tutaraq yaşayırıq:

“Şoltslar gəldi-gedərdi, – o, deyib, fəqət, bu sözlər Hitler barəsində deyilib, – alman xalqı isə yaşayacaq”, – Solovyov sovet diktatorunun sözlərini improvizasiya edib.

 “Sənə kim haqq verib ki, alman xalqını müharibənin dəhşətli alovuna qərq edirsən? Nədir, ona görə ki, sən Ukrayna millətçilərini dəstəkləmək istəyirsən?

Ona görə ki, gözlərimiz qarşısında dilənçi gününə düşən alman vergiödəyicilərinin daha çox pullarını onlara vermək fikrindəsən?” – Solovyov nazirə sual edib, amma Almaniya vətəndaşlarının dilənçi gününə düşməsi barədə məlumatın mənbəyini göstərməyib.

Oxşar xəbərlər