• 27 İyul 2024 12:23

Rövnəq Abdullayevin özbaşınalıqları məhkəməyə daşınır? – Ölkədən çıxışına qadağa qoyulub

image-rovneq1502888288-e1579365437892-768x403Son günlər mətbuatda Rövnəq Abullayevin ölkədən çıxışına qadağa qoyulması, həmçinin onun külli miqdarda qanunsuz əməllərdə ittiham olunması barədə xəbərlər yayılır.

Əslində R,Abdullayevin hələ oğlunun 1 milyon dollarlıq saatının oğurlanması barədə xəbərlərdən sonra onun vəzifədən gedəcəyi söylənilirdi. Eyni zamanda Rövnəq Abdullayevin rəhbərliyi altında dövlət neft şirkətinin adı neft pullarının mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı beynəlxalq hesabatlarda çox hallanıb.

Global Witness təşkilatı, beynəlxalq araşdırmaçı jurnalistlərin təşkilatı OCCRP kimi beynəlxalq təşkilatlar Rövnəq Abdullayevin SOCAR-a rəhbərlik etdiyi illərdə yol verilən bir sıra qanunsuz əməllər barədə məlumatlar yayıb.

Ancaq bununla da bitmir. SOCAR sədri Rövnəq Abdullayev qohumları ilə yaratdığı birləşmə, korrupsiyada tez-tez adının çəkilməsi və sair xəbərlərlə medianın gündəmində olub. 2013-cü ildə beynəlxalq araşdırma şirkəti olan ”Global Witness” yazırdı ki, özəl şirkətlər Azərbaycan neftindən milyonlarla dollar qazanır. Bu özəl şirkətlərin isə sahibi bəlli deyil.

Mediada yayılan məlumatlara görə, R.Abdullayevin oğlu Rəşad Abdullayevin təkcə Türkiyədə məlum olan 5-dən çox şirkəti var: “Alpha Roger Holding”, “Alpha Roger Medya Yayıncılık”, “INDEX”, “B-LONG Resort Restaurant”, “Tramarketing” qida pazarlama və sair.

Xatırladaq ki, 2015, 2016 və 2017-ci illərdə 59 nəfər neft işçisi həyatını iş vaxtı itirib. 2015-ci ildə Günəşli yatağında baş verən partlayışdan sonra həyatlarını itirən işçilərin ailələri üçün 80-140 min konpensasiya ayrılıb. Amma ailələr bu konpensasiyanın onlara verilmədiyini, yalan olduğunu iddia ediblər. Bu neqativ hal da məhz Rövnəq Abdullayevin SOCAR-a rəhbərlik etdiyi dövrdə baş verib.

Özbaşınalıq və qanunsuzluqlar barədə mediada yayılan silsilə məlumatların sırasını artırmaq mümkündür. Ancaq bu, bitməyəcək qədər uzun siyahıya çevrilə bilər. Ona görə də yayılan son məlumatı diqqətə çatdırmaqla məqaləni yekunlaşdırmaq istəyirik.

Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev əvvəlcədən səfəri planlaşdırılsa da, Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib.

AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib.

“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi” – Hacıyev deyib.

Publika.az isə bildirib ki, AFFA prezidenti Estoniyaya Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün gedə bilməyib.

Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyintilərə yol verdiyi aşkarlanıb.

Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.

İddialardan gəldiyimiz qənaətə görə, bu qədər yeyinti və qanunsuzluqlara yol verən bir şəxsin tezliklə cəzalandırılacağı, yol verdiyi bütün nöqsanlara görə məsuliyyətə cəlb olunacağı gözlənilir ki, bu da elə qanunun aliliyi prizmasından vacib hal alır.

Tacxeber.com

Oxşar xəbərlər